İki ölkə arasında dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətləri vardır - MÜNASİBƏT BİLDİRİLDİ

İki ölkə arasında dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətləri vardır - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan və Kuba ərazicə bir-birindən uzaq məsafədə yerləşsə də bu iki ölkəni bir-birinə dostluq, xoş münasibətlər bağlayır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, SSRİ dövründə Azərbaycan ali məktəblərində çoxlu sayda kubalı gənclər təhsil alırdı və indi həmin gənclər Kubanın dövlət idarəçiliyində, ayrı-ayrı sahələrdə mühüm vəzifələrdə çalışırlar: "Kuba ictimaiyyətinə Azərbaycan haqqında ən xoş xatirələrindən danışırlar. Azərbaycan müstəqillik qazandıqdan sonra qısa bir zaman ərzində iki ölkə arasında diplomatik əlaqələr quruldu. Kubanın Azərbaycanda səfirliyi var. Səfirliklə həm Azərbaycanın hakimiyyəti orqanları, həm ictimaiyyət nümayəndələri çox fəal iş aparır. İki ölkə arasında dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətləri vardır. Əməkdaşlıq müxtəlif sahələr üzrə fəaliyyət göstərir. Vaxtaşırı rəsmi səfərlər təşkil edilir, həm Kubada, həm də Azərbaycanda ölkələrin tanınması üçün bir çox layihələr həyata keçirilir. Kuba Azərbaycanın ərazi bütövlüyünü tanımış və Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsinə sevinən ölkələrdən biri olub. Bizim münasibətlər bundan sonra da müsbət məcrada davam etdirililəcək və bunun üçün bütün imkanlardan istifadə ediləcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə