"Ukrayna Rusiya ilə danışıqlar prosesini süründürür". Bunu Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.
“Rusiya Ukraynanın danışıqları uzatmaq arzusunda olduğunu görür. Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların hazırkı vəziyyəti nikbinlik yaratmır”, - Medinski bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə danışıqlar bütün həftə videobağlantı vasitəsilə aparılıb. Xırda məsələlərdə mövqelər yaxınlaşır, lakin əsas məsələlərdə tərəflər “vaxt qeyd edirlər”.
Prezidentin köməkçisi qeyd edib ki, Ukrayna demilitarizasiya olunmadan, denazifikasiya olunmadan, Krım və Donbas tanınmadan Kiyevlə sazişin bağlanması mümkün deyil: "Ukrayna xüsusi əməliyyatın dayandırılması ilə bağlı ümumi razılaşmanın altı bəndindən dördü ilə razılaşıb. Bu tələblər arasında NATO-ya üzv olmaqdan imtina, Ukraynada rus dilinin rəsmi statusu, hücum silahlarının yerləşdirilməsindən imtina, eləcə də kollektiv təhlükəsizlik məsələləri ilə bağlı məsələlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB