Prezident İlham Əliyevin Suqovuşan səfəri böyük əhəmiyyət kəsb edir
"Cənab Prezident İlham Əliyevin azad olunmuş ərazilərimizə səfəri xalqımızda böyük əhval-ruhiyyə yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkə başçısının bu səfərlərdə bütün dünyaya verdiyi mesajlar təkcə ölkə ictimaiyyətini deyil, eyni zamanda beynəlxalq siyasi ictimaiyyət üçün də böyük məna kəsb edir: "Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda beynəlxalq hüquq bərpa olunub. Artıq işğaldan azad olunmuş ərazilərimizdə böyük abadlıq və tikinti işləri həyata keçirilir. Özəliklə ölkəmiz üçün əlamətdar günlərdə və Novruz bayramında cənab Prezidentin Suqovuşanda bayram tonqalını yandırıb, xalqımızı təbrik etməsi insanlarımızın iqtidara olan fikirlərini daha da gücləndirir. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində və ondan sonra ki, dövrdə də informasiya cəbhəsində əsas sıralarda yer alaraq ölkəmizlə bağlı həqiqətləri bütün dünyaya çatdırır. Həmçinin ölkəmiz bütün bölgə də əsas sahibi olmaqla, bir sıra böhranın həllində vasitəçi rolunda çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB