Hərbi Prokurorluğunun nümayəndələrinin şəxsi heyətlə görüşləri təşkil edilib - FOTOLAR

Hərbi Prokurorluğunun nümayəndələrinin şəxsi heyətlə görüşləri təşkil edilib - FOTOLAR

Dövlət Sərhəd Xidməti ilə Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq, 16-18 mart 2022-ci il tarixlərdə Horadiz, Qubadlı, Zaqatala və Qazax şəhərlərinin ərazilərində yerləşən Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələrinin şəxsi heyətlə görüşləri təşkil edilib. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirlərdə şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.

Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamınmöhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr verilib.

Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə