Rusiya-Ukrayna prezidentlərinin görüşü Rumıniyada baş tuta bilər - POLİTOLOQ BİLDİRDİ

Rusiya-Ukrayna prezidentlərinin görüşü Rumıniyada baş tuta bilər - POLİTOLOQ BİLDİRDİ

“Ukraynada baş verən hadisələrin nizamlanmağında Türkiyə kifayət qədər fəallıq göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqlarında çox önəmli pillələr addımlana bilər: “Özəliklə Antalya Dimplomatiya Formunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu moderatorluğu ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü baş tutdu. Mən düşünürəm ki, danışıqların sonrakı mərhələsi üçün çox əhəmiyyətli addımlar atılıb. Rumıniya bu gün öz siyasi xətti ilə Rusiya tərəfindən çox da qıcıqla qarşılanmayan və eyni zamanda Avropa İttifaqı üzvləri tərəfindən hörmət olunan və dəstəklənən ölkələrdən biridir. Bu baxımdan Türkiyə-Rumıniya danışıqlarında hazırda dünyada baş verən əsas problemlərdən biri kimi Rusiya-Ukrayna münaqişəsinin də müzakirəsi çox önəmli məna daşıyır. Bütövlükdə Rumıniya, Polşa, Macarıstan kimi ölkələr Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasındakı danışıqların normalaşmasında 2-ci vasitəçi kimi iştirak edə bilərlər. Hətta mən düşünürəm ki, bu danışıqlar fonunda ola bilsin ki, gələcəkdə Rusiya və Ukrayna prezidentlərinin Rumıniyanın paytaxtı Buxareştdə görüşü məsələsi də müzakirə oluna bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə