Milli Məclisin deputatı Əliabbas Salahzadə və YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Sabunçu rayonunda yaşayan bir neçə şəhid ailəsini ziyarət etmiş və Novruz bayramı sovqatı çatdırmışlar. Görüşdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması bildirilmişdir.
Şəhid ailələri ilə söhbət zamanı ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı vurğulanmış, dövlətin bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması yönündə apardığı siyasət ailələr tərəfindən razılıqla qarşılanmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB