Yasamal rayonunda "Şəhid ailələrinə qayğı" humanitar aksiyası keçirilib FOTOLAR

Yasamal rayonunda "Şəhid ailələrinə qayğı" humanitar aksiyası keçirilib FOTOLAR

Yasamal rayon icra hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, millət vəkili Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Şəhid ailələrinə qayğı" humanitar aksiyası keçirilir.

Aksiyanın ilk günü Yasamal rayonu ərazisindəki şəhid ailələri ziyarət olunub, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığı bildirilib, Şəhidlərimizin hər birinin ailə üzvlərinin də çox dəyərli olduğu vurğulanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Görüşlər zamanı şəhid ailələrinə Novruz sovqatları təqdim olunub.

Qeyd edək ki, "Şəhid ailələrinə qayğı" aksiyası 16-17 mart tarixlərində davam etdiriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə