Hərbi qulluqçularla görüşlər keçirilib - FOTOLAR

Hərbi qulluqçularla görüşlər keçirilib - FOTOLAR

Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşlər keçirilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və “Nar” mobil operatorunun təşkilatçılığı ilə keçirilən bayram tədbirində çıxış edənlər Vətənin keşiyində duran əsgərlərimizi torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra hərbi qulluqçulara hədiyyələr və bayram sovqatı təqdim edilib, hərbi hissənin ərazisində müxtəlif növ ağaclar əkilib.

Tədbir tonqallar ətrafında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə