Avropa Parlamentinin qərarları heç əhəmiyyət kəsb etmir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Avropa Parlamenti hər zaman ermənipərəst qüvvələrin əlində siyasi təsir alətinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bundan əvvəl də Avropa Parlamenti bir neçə bu tip saxta qərarlara imza atıb: “Təəssüflər olsun ki, Avropa Parlamenti 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına göz yumub. Həmçinin Ermənilərin işğal etdiyi torpaqlarda həyata keçirdiyi etnik təmizləmə, Azərbaycanın maddi-mənəvi və mədəni abidlərinə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalıq faktını cavabsız qoyub. Düşünürəm ki, Avropa Parlamentinin indiki məqamda Azərbaycana qarşı hansısa qətnamə qəbul etməsi bütövlükdə Avropa Parlamentinin yerlə bir olan nüfuzunu daha da süquta uğradacaq. İndiki halda Erməni lobisinə xoş gəlmək üçün oradan gələn qərarları qəbul edən Avropa Parlamenti bundan sonrakı dövrdə onlar üçün hansısa addımlar ata bilər. Lakin Avropa Parlamentinin verdiyi qərarların və çıxardığı qətnamələrin heç bir siyasi mahiyyəti və əhəmiyyəti yoxdur. Azərbaycan dəfələrlər UNESCO-nu mədəni irsimizin məhv edilməsi ilə bağlı ölkəmizə və Qarabağa səfərə dəvət etsə də, hələ də bununla bağlı cavab yoxdur. Fikrimcə, Avropa Parlamentinin proseslərlə bağlı qeyri-obyektiv rəyi olduğuna görə onun Azərbaycan əlehinə çıxartdığı "qətnamələr" və ya verəcəyi "qərarlar"ı ölkəmiz üçün siyasi dəyərə və çəkiyə malik deyil. Həmçinin Avropa Parlamenti bu nümunə ilə dünyanın digər münaqişə ocaqlarında da, effektsiz olduğunu sübut etmiş olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB