Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutu (SİRPİ) 2017-2021-ci illər üçün qlobal silah ticarətinin vəziyyəti haqqında yeni hesabat dərc edib.
SİA-nın əldə etdiyi məlumata görə, hesabata əsasən dünyada ABŞ və Rusiya əsas silah ixracatçıları olaraq qalırlar.
Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə dünyada silah ticarətinin ümumi həcmi 4,6% azalıb. Eyni vaxtda Avropa, Şərqi Asiya və Okeaniyaya hərbi məhsulların idxalı isə artıb.
ABŞ və Fransada hərbi ixracatda ciddi artım müşahidə olunub. Avropaya silah idxalı 19%, Şərqi Asiya regionuna 20%, Okeaniyaya isə 59% artıb.
2017-2021-ci illərdə Rusiya 45 ölkəyə silah tədarük edib. Amerika 2012-2016-cı illərlə müqayisədə ixracatı 2017-2021-ci illərdə 14% artıraraq qlobal həcmdəki payını 32%-dən 39%-ə yüksəldib.
Müvafiq illərdə Fransa hərbi ixracını artıraraq qlobal həcmdəki payını 11%-ə çatdırıb. Bu da ona dünya reytinqindəki üçüncü yeri təmin edib. 2017-2021-ci illərdə silah ixracı reytinqində Çin dördüncü, Almaniya isə beşinci yerdə qərarlaşıb.
Azərbaycan isə 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub. Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları İsrail (61%), Rusiya (22%) və Belarusdur (6,6%).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB