Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli Azərbaycanın işğaldan azad etdiyi ərazilərində “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı böhtan xarakterli qətnaməsinə dair bəyanat yayıb. SİA-ya verilən məlumata görə,
Bəyanatda deyilir:
“Avropa Parlamentinin Şərqi Zəngəzurda və Qarabağda “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması”ndan bəhs edən qətnaməsi acı gülüş və təəssüf doğurur. Heç bir araşdırma aparmadan, faktlara istinad etmədən, yalnız ermənilərin səsləndirdikləri sərsəm fikirlər əsasında hazırlanan bu yersiz qətnamə heç kimdə şübhə doğurmayacaq qədər böhtandır. İlk növbədə, ona görə ki, ermənilər bu ərazilərə sonradan köçürüldükləri üçün onların burada nə qədim tarixi, nə də dərin mədəni irsi var. Ümumiyyətlə, dövlət yaradıb bu gün mövcud olduqları ərazilər də Azərbaycan torpaqlarıdır.
Təkcə XX əsrdə ermənilərin etdiyi vəhşiliklərə və vandal aktlarına nəzər yetirmək kifayət edir ki, onların əsl xarakteri ortaya çıxsın. 1905-1907-ci və 1918-1920-ci illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi və tarixi-mədəni abidələr dağıdılıb yerlə yeksan edilmişdir. Bu cür çirkin və dağdıcı, nifaq dolu əməllərin sahibi olan ermənilər və onların iftiralarına boyun əyən beynəlxalq qurumlar tolerantlıq mərkəzi olan Azərbaycanı nədənittiham etməyə çalışır!?
1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 250 min azərbaycanlı Ermənistan ərazisindəki öz doğma yurdundan qovuldu. Onların mülki və təsərrüfat obyektləri talan edildi, məscidlər, dini və tarixi abidələr məhv edildi, Ermənistan monoetnik dövlətə çevrildi. Görəsən, bütün bu baş verənlər Avropa Parlamentini niyə düşündürmür!? Nə üçün maraqlanmırlar ki, həmin ərazilərdən qovulmuş azərbaycanlıların sahib olduqları mədəni irsin taleyi necə oldu!? Təbii ki, bu, hamıya yaxşı məlum olan ikili standartların, qərəzli yanaşmanın təzahürüdür.
Heç də uzağa getməyək, son 30 ilə nəzər salaq. Dünyanın, o cümlədən demokratik dəyərlərdən və insan haqlarından yerli-yersiz söz açan, bu anlayışları “patentləşdirən” Avropanın gözü qarşısında xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər, dinc əhali amansızcasına qətlə yetirildi, Xocalıda bəşəriyyətin ən qanlı hadisələrindən biri törədildi, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.
İşğal zamanı həmin ərazilərdə nəinki Azərbaycana məxsus məscidlər, dini, tarixi, mədəni abidələr, hətta iş o yerə çatdı ki, hər şeyi məhv etdikdən sonra təbiətə ziyan vurmağa, ekologiyanı korlamağa əl atdılar. Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə səfərlər təşkil olunub. Bəs niyə Avropa Parlamenti fakt və sübut olmadığı halda “erməni mədəni irisinin məhv edilməsi”ndən bu qədər narahatdır, özü də Azərbaycan ərazisində, amma erməni vəhşiliyi ortada ola-ola bununla bağlı heç bir səs çıxarmır. Məgər görmürlərmi ki, vaxtı ilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda,ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib.
Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Bu gün onların hansı vəziyyətdə olduğu hamıya məlumdur. Həmçinin Şərqi Zəngəzurda və Qarabağda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər müsəlmanları təhqir etmək üçün məscidlərdə dönuz, inək saxlayırdılar. Bunu təsdiq edən foto və videolar da mövcuddur.
Ermənilər tərəfindən törədilən bütün bu vandallıq əməlləri hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Qeyd olunan faktları araşdırıb əldə etmək beynəlxalq qurumlar üçün o qədər də çətin deyil, nəinki erməni yalanlarına istinad edərək nüfuzuna xələl gətirəcək qətnamələr qəbul etmək.
AHİK-in İcraiyyə Komitəsi olaraq bir daha bəyan edirik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi. Bir sözlə, ədalət zəfər çaldı.
Həmin ərazilərə yenidən həyat qayıdır, 30 il dünyanın gözü qarşısında hüquqları tapdanmış bir milyondan çox məcburi köçkünün hüquqları bərpa edilir. Sadalananlar göstərir ki, Azərbaycanın bu tarixi missiyası beynəlxalq və regional təşkilatlar tərəfindən də alqışlanmalıdır.
İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan həmin ərazilərində erməni vandallarından fərqli olaraq, abadlıq-quruculuq işləri ilə məşğuldur. Bu çərçivədə dini, mədəni abidələrin, o cümlədən xristian irsinə mənsub abidələrin də bərpası istiqamətində fəal iş aparılır.
Təbii ki, Avropa Parlamenti bilməmiş deyil ki, Azərbaycan bütün mədəniyyətlərin, dinlərin, xalqların nümayəndələrinin birgə dinc şəkildə, mehriban və xoşbəxt yaşadığı multikultural və tolerant ölkədir. Mənşəyindən asılı olmayaraq, bütün mədəni irs dövlət səviyyəsində qorunur. Məhz buna görə də Avropa Parlamentini kiminsə yalan və böhtan xarakterli iddiaları səbəbindən əndişəyə düşməməyə, həqiqəti araşdırmağa və reallıqları dərk etməyə çağırırıq. Yalnız bu zaman Azərbaycanın sülh və təhlükəsizlik naminə bölgəyə gətirdiyi reallıqları aydın şəkildə görmək olar. Əks təqdirdə, bu tipli qətnamələr sabitliyi poza, sülh istiqamətində aparılan işlərə xələl gətirə bilər.
Bir daha Avropa Parlamentinin faktlardan uzaq, reallıqları əks etdirməyən, qeyri-obyektiv qətnaməsini şiddətlə qınayır, qurumu ədalətli mövqe tutmağa, buraxdığı səhvi aradan qaldırmağa və gələcəkdə belə hallara yol verməməyə çağırırıq”.
AHİK-in üzv təşkilatları
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



