Gənclər ölkənin siyasi həyatında fəal iştirak edir - FOTOLAR

Gənclər ölkənin siyasi həyatında fəal iştirak edir - FOTOLAR

YAP Nəsimi rayon təşkilatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla gənclərin görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla gənclərin görüşü keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov gəncləri salamlayıb. A.Süleymanov bildirib ki, Azərbaycan əhalisinin əksər hissəsini gənclər təşkil edir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, xüsusilə ölkənin siyasi həyatında fəal iştirak etməsinin təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov YAP Gənclər Birliyinin yenilənmiş tərkibi ilə son bir il ərzində görülən işlərdən bəhs edib. B.İslamov gəncləri YAP Gənclər Birliyi ilə birgə fəaliyyətdə olmaqda aktivlik nümayiş etdirməklərinin vacib olduğunu qeyd edib. Bu yöndə gənclərlə işin YAP Gənclər Birliyinin ümumi tərkib hissəsi olduğunu qeyd edən B.İslamov Nəsimi rayonundakı hər bir gəncin, ümumilikdə Respublikamızdakı gənclərin öz təklifləri və düşüncələri ilə onlara rahatlıqla sosial şəbəkələrdən müraciət edə biləcəklərini söyləyib.Daha sonra müzakirə formatında davam edən görüşdə gənclər öz suallarını, təkliflərini, düşüncələrini ünvanlandırıblar, suallar cavablandırılıb, təklifləri dinlənilib. Gəncləri maraqlandıran suallar cavablandırıb.

Sonda gənclərlə birlikdə xatirə şəkli çəkilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə