“Dövlətin müsbət imicinin təbliği” FOTOLAR

“Dövlətin müsbət imicinin təbliği” FOTOLAR

Bu mövzuda Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında görüş keçirilib

10.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında “Dövlətin müsbət imicinin təbliği” mövzusunda görüş keçirilib. Görüşdə Sabunçu rayon icra hakimiyyətinin nümayəndəsi Ceyhun Abbasov, ərazi partiya təşkilat sədrləri və fəal üzvlər iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin 19 ildə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, Onun rəhbərliyi ilə Azərbaycanın iqtisadi-siyasi və hərbi gücünün artmasını, xalq-iqtidar birliyinin vəhdət təşkil etməsini, Vətən sevgisinin böyüklüyü fonunda möhtəşəm Qələbəyə imza atılmasını xüsusi qeyd etdi. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan dövlətdir. Ölkəmiz region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlar ilə qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətini yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir.Daha sonra çıxış edən YAP Sabunçu rayon təşkilatının məsləhətçisi Nəbi Hacıyev, ərazi partiya təşkilat sədrlərindən Bəxtiyar Qasımov, Natiq Musayev, fəal üzvlərdən Cəmşid Dərəlyəzli çıxış edərək bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasından, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, 2022-ci il Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə