Ermənilərdə üzr istəmək mədəniyyəti yoxdur - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Ermənilərdə üzr istəmək mədəniyyəti yoxdur - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Son günlər erməni sepereatçılarının atəşkəsi pozduğunun şahidi oluruq. Onlar yeni gərginlik dalğası qaldırmağa çalışırlar. Amma onların bu çabaları lazımsızdır. Çünki Azərbaycan proseslərin həllini təmin edib, artıq ərazi bütövlüyümüz bərpa olunub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları özlərini çox nalayiq şəkildə aparırlar: "Onlar ilk növbədə qanunsuz silahlı dəstələri tərk-silah etməlidirlər. Ermənilərin sabitliyi pozamasına imkan verməməlidirlər. Ermənistanın yeni ombudsmanının Azərbaycan ərazisinə qanunsuz şəkildə səfər etməsi heç bir şeyi dəyişməyəcək. Onsuz da ermənilərdə üzr istəmək mədəniyyəti yoxdur. Bu, onların xislətində var. Ona görə də, belə xalqın ombudsmanı da bu səviyyədə olacaq. Bizə qarşı edilən bütün qeyri-qanuni hərəkətlər qeydə alınır. Azərbaycanın istintaq orqanları bütün bu prosesləri diqqətdə saxlayır. Bu, pozuntuların hamısı təbii ki, bizim nəzarətimizdədir. Ermənistan tərəfindən bu cinayətkarlığa qol qoyan bütün “xadimlər” məsuliyyətə cəlb olunacaq. Onlar elə bilməsin ki, etdiklər cəzasız qalacaq. Ümumiyyətlə, ermənilər heç bir hüquq normalarına hörmət bəsləmirlər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə