Erməni havadarları və Ermənistan dövləti bunu dərk etməlidir - BEYNƏLXALQ EKSPERT AÇIQLADI

Erməni havadarları və Ermənistan dövləti bunu dərk etməlidir - BEYNƏLXALQ EKSPERT AÇIQLADI

"Ermənistan Ombudsmanının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi və ölkəmizə qarşı müxtəlif təxribatların həyata keçirilməsinin bir sıra məqsədləri var". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Ekspertin sözlərinə görə, onların başlıca məqsədləri separatçı qüvvələrinin hələ də mövcud olduqlarını və Qarabağda yeni reallıqlar formalaşdırmaq istədiklərini bildirməsidir: "Həmçinin Rusiyanın iki separatçı rejimi Luqansk və Donbas ərazilərini müstəqil respublika kimi tanıması və eyni zamanda Rusiya tərəfinin Ukraynada başlatdığı müharibə Qarabağdakı separatçı qüvvələrə əsassız ümidlər verir. Erməni tərəfi düşünür ki, nə vaxtsa Rusiya tərəfdən onların xeyrinə hər hansısa bir addımlar atıla bilər. Fikrimcə, bunlar xam xəyallardır. Çünki Ukrayna Azərbaycan deyil və Volodimir Zelenski də İlham Əliyev deyil.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sonlarında düşməni sülhə məcbur etməsi, əldə olunan nəticələr, yeni realıqlar, işğalçının Azərbaycan ərazisindən qovulması, 30 ilə yaxın bir dövr ərzində işğalda qalan ərazilərimizin azad olunması, Azərbaycanın sərhəd bütövlüyünün və suverenliyinin təmin olunması onu deməyə imkan verir ki, Cənubi Qafqazda Azərbaycan liderinin iradəsini nəzərə almadan hər hansısa bir addımların atılması qeyri-mümkündür. Bunu həm erməni havadarları və Ermənistan dövləti dərk etməlidir. Ermənistan Ombudsmanının Qarabağa qanunsuz səfəri rus sülhməramlılarının fəaliyyətlərinə məsuliyyətsiz yanaşdıqlarının sübutudur. Çünki separatçı qüvvələrin qanunsuz səfəri Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə