Heydər Əliyev Fondu­nun xidmətləri müstəsna əhəmiyyət kəsb edir - DEPUTAT ŞƏRH ETDİ

Heydər Əliyev Fondu­nun xidmətləri müstəsna əhəmiyyət kəsb edir - DEPUTAT ŞƏRH ETDİ

“Demokratik dövlət qurucu­luğu istiqamətində Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Res­publikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondu­nun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiq­yaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdi­yi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, mərhəmətli Mehriban xanı­mın rəhbərliyi altında qeyd edilən sahələr ilə yanaşı, milli musiqinin inkişafı, mədəni irsin qorunması, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən, sivilizasi­yalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətlərdə də misilsiz addımlar atılır: “Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və bu istiqamətdə fəaliyyəti də həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən ən yüksək qiymətə layiq görülmüşdür.

Ölkəmizdə keçiril­miş bir neçə qlobal tədbirin təşkilində Mehriban xanım Əliyeva xüsusi rol oy­namışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyun­ları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.” Təsadüfi deyildir ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə