Ermənistan parlamenti səsvermənin birinci turunda ölkə prezidentini seçə bilməsə də ikinci cəhddə istəyinə çatdı. Daha doğrusu Paşinyanın arzusu çin oldu, marionet prezidenti nəhayət “taxtında” oturda bildi. Bəs Baş nazirin məqsədi nədir, niyə Xaçaturyanın seçiminə bu qədər sevinir? Bu barədə bir az sonra…
Vaaqn Xaçaturyanın namizədliyinin lehinə 69 deputat səs verib ki, bunların da hamısı Paşinyanın parlamentdəki blokunun üzvləridir. Amma prezidentin birinci turda seçilməsi üçün 81 səs tələb olunurdu. Müxalifətdə olan “Ermənistan” və “Mənim namusum var” fraksiyaları seçkiləri boykot etdiyinə görə, lazımi səs toplamaq yeganə namizəd olan Xaçaturyana nəsib olmayıb. Səsvermənin ikinci turunda Ermənistan prezidenti 65 səslə seçilə bilərdi və bud a baş Verdi. Ermənistanın yeni prezidenti Xaçaturyan oldu. Beşinci prezidentin andiçmə mərasimi seçkidən sonra onuncu gün parlamentin növbədənkənar iclası zamanı baş tutacaq.
Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, bu qərarın səbəbini müvafiq səlahiyyətlərin olmaması adlandırıb, onun sözlərinə görə, bu, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan vermir.
Ermənistan Konstitusiyasının 54-cü maddəsinə əsasən, ölkə prezidenti öz səlahiyyətlərini qanunla müəyyən edilmiş qaydada -Parlamentin növbədənkənar iclasında həyata keçirməyə başlayır.
Bu arada Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan Vaaqn Xaçatryanı dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Sarkisyan qeyd edib ki, Xaçatryan Ermənistan üçün son dərəcə çətin bir dövrdə, ölkənin mümkün qədər tez həll edilməli olan çoxsaylı daxili və xarici problemlərlə üzləşdiyi bir dövrdə vəzifəyə başlayıb.
Ermənistanın yeni seçilmiş prezidenti Vaaqn Xaçaturyan əmin edib ki, hamı qanun qarşısında bərabər olacaq: “Hesab edirəm ki, sizə prezident seçmək hüququnun verilməsi sizin üçün də çox vacibdir”.
Xaçaturyan Ziqmund Freydin sözlərini sitat gətirərək deyib ki, əksər insanlar həqiqətən azadlıq istəmir, çünki bu, məsuliyyəti nəzərdə tutur və insanların çoxu məsuliyyətdən qorxur. Onun sözlərinə görə, hakim fraksiya deputatları məsuliyyətdən qorxmayan insanlardır: “Biz həmişə sınaqdan keçirik, lakin bu sınaqlardan qalib çıxmalıyıq. Bu, bizim vəzifəmizdir və əminəm ki, biz buna nail olacağıq.
Vaaqn Xaçatryan Smitdən sitat gətirərək dövlətin necə olması, hansı prinsipləri rəhbər tutması, hansı ideyaları həyata keçirməsi barədə də danışıb.
Yeni prezidentin hansı şəraitdə seçildiyini və Smitdən, Freyddən sitatlar gətirməklə, özünü erməni cəmiyyətinə sırımaqla o qədər də ağıllı olmadığını, hər an Paşinyanın əmrinə müntəzir duracağını büruzə verir. Xaçaturyan Ermənistanın müstəqillik əldə edəndən bu yana rəhbərlik etdiyi bütün klanlarla, çetelərlə birgə işlədiyini nəzərə alsaq Vaaqn neçə sifətli olduğu da ortaya çıxar. Bəs yeni prezidenti belə bir ağır donəmdən, 44 günlük müharibədəki məğlubiyyətdən hələ də özünə gələ bilməyən Ermənistanda hakimiyyətə gətirən, əcəba, nədir?
Məsələ burasındadır ki, Ermənistan bu gün özünü və öz başını güclə qoruyur. Müharibənin təsirindən, bizdən yediyi yumruqdan hələ də ayıla bilməyib. Rəhbərlikdə təmsil olunanların indiki hakimiyyətə qoyduqları mirası da gözümüzün qarşısına gətirsək, “hay”ların çox pis durumda olduqları qənaətinə gələ bilərik. Bir sözlə, indiki vəziyyət prezidentə yaxşı heç nə vəd etmir. Xaçaturyan Paşinyana bəzi hüquqi prosedurları həyata keçirmək üçün “kukla” statusunda lazımdır. Xaçatryan mütləq prezident institutunun birləşdirici rolunu oynamayacaq. Amma o, Paşinyanın bütün kağızlarına imza atacaq, onun zəif iradəli və əmrə müntəzir iti olacaq.
Qızğın Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan prezidentinin Parlamentdə seçkiləri keçirildi. Cəmiyyətin Ermənistan prezidentinin seçilməsi proseduruna biganə münasibətini başa düşmək olar. Serj Sarkisyanın konstitusiya islahatlarından sonra bu post simvolik oldu, gücsüz oldu. Tez-tez Böyük Britaniya kraliçası vəzifəsi ilə müqayisə olunsa da, burada müqayisə tamamilə yersizdir. Və səbəbini izah edəcəyəm. Böyük Britaniyada kraliça hökm sürür, lakin hökmranlıq etmir, lakin kral taxtı ingilislərin çox əziz tutduqları tarixi simvoludur. Bundan əlavə, Böyük Britaniyanın monarxları hələ də ölkənin həm siyasi, həm də ictimai həyatına təsir göstərir, hökumət dövlət üçün ən vacib qərarları qəbul edərkən, müəyyən dərəcədə, son sözə sahibdirlər. Və ümumiyyətlə, Kraliça Elizabet İngiltərədə sevilir. Bəs Ermənistanda? Əvvəlki prezident zəif iradəli, nə öz maraqlarını, nə də vətəndaşların mənafeyini müdafiə edə bilməyən adam idi.
O, prezidentliyinin çox hissəsini Ermənistandan kənarda keçirib. Hər kəs ayaqlarını onun üzərinə sildi. Heç kim onu adam hesab etmirdi. Yada salaq ki, baş nazir Paşinyan Sarkisyana Qarabağda üçtərəfli atəşkəs bəyanatının imzalanması, əslində kapitulyasiya aktı barədə məlumat verməkdən belə çəkinmədi. Sarkisyan da Ermənistanın adi vətəndaşları kimi bu barədə gecə yaydığı xəbərdən xəbər tutub. Sonda ölkədə heç nəyə təsir etmədiyini başa düşən Sarkisyan postunu tərk etdi.
İndi o postu Vaaqn Xaçatryan tutacaq. Müxalifətçilər artıq acı zarafatla deyirlər ki, bu adamı Nikol Paşinyan seçib və prezident postunda Paşinyana işləyəcək, baş nazir isə hər şeyi təkbaşına həll etdiyinə görə qərar verməkdə davam edəcək. Xaçatryana gəlincə, Paşinyan da tam sakit ola bilər - o, heç bir sürpriz təqdim etməyəcək. Bəli, Xaçatryanın özü də işdə və onsuz da hər yerdə sübut edir, hakim siyasi komandanın üzvü olduğunu açıq şəkildə bəyan edir. Yəni, partiyadan yuxarı arbitr, qərəzsizlik, təmkin, əks tarazlıq - bütün bunlar ona aid deyil. Xaçatryan mütləq prezident institutunun birləşdirici rolunu oynamayacaq. Amma o, Paşinyanın bütün kağızlarına imza atacaq, onun zəif iradəli və razı iti olacaq. Və bu mübaliğə deyil.
Hələ prezidentlik kürsüsünə gəlməmişdən əvvəl Xaçatryan Türkiyə və Azərbaycanla “sülh” məsələsində artıq Paşinyanla razılaşmağa başlamışdı. Necə ki, regionda sabitliyin bərqərar olmasına çalışmalıyıq ki, sülhə alternativ yoxdur. Qarabağda 44 günlük müharibə bunun ən yaxşı təsdiqi oldu.
Budur Paşinyanın mantraları. Xaçaturyan iqtisadiyyatın inkişafı üçün korrupsiyanın azaldılmasını, rəqabətin artırılmasını, yüksək texnologiyalı iqtisadiyyatın inkişaf etdirilməsini, yolların açılmasını vacib hesab edir. Yüksək texnologiyalı iqtisadiyyat? Maraqlıdır, o, yüksək texnologiyalar sənayesi naziri kimi nə edib? Onun bu istiqamətdə uğurları olubmu?
Artıq Xaçatryanın bəyanatından aydın olur ki, o da Paşinyan kimi onların uydurduğu, Ermənistanın ən azı müharibədən əvvəl olduğu dünyada yaşayır və baş nazirin 2050-ci ilə qədər strateji proqramını həyata keçirmək potensialına malikdir. Düzünü desək, hələ müharibədən əvvəl bu proqram absurd görünürdü. Hətta Ukraynadakı müharibə, dinc Ukrayna şəhərlərinin bombalanması bu ölkənin erməni icmasını öz tarixi vətənlərinə qayıtmağa məcbur etmədi. Əksinə, Ermənistana müvəqqəti gələnlər də geri döndü. Qalanların hamısı ya Ukraynanı müdafiə etmək üçün qaldı, ya da bu məqamdan yararlanıb Ukrayna sakinlərinə qapılarını açan Avropaya köçdülər.
Sanksiyalar nəticəsində Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsi dünyanın ən böyük erməni icmasını Ermənistana köçməyə sövq edəcəyinə də ümid yoxdur. Rusiya sanksiyalarında olan ermənilər üçün nə qədər ağır olsa da, orada həyat yenə də Ermənistandakından yaxşı olacaq. Bu bir faktdır.
Ermənistanda vəziyyət həqiqətən acıncaqlıdır, Rusiya- Ukrayna müharibəsi səbəbindən yaranan problemlər də Ermənistana əlavə başağrısı gətirib, vətəndaşların ümidi öləziyib, Rusiyadan maliyyə axını da dayanıb, erməni miqrantlar geri qayıdır. Bütün bunlar ölkədəki mövcud durumu bir az da gərginləşdirib. Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyi yalnız dildə deyilirdisə, bu gün Baş nazir açıq şəkildə bu sənədə imza atmaq istəyini gizlətmir. Paşinyan Rusiyanın bu qədər irimiqyaslı müharibəyə cəlb olunacağını ağlının ucundan da keçirmirdi. Yəni, onun savadının və uzaqgörənliyinin olmaması, olayların başvermə səbəblərini hesablaya bilməməsi səbəbindən bu vəziyyətə düşdüyü ortaya çıxır. Bu səbəbdən Azərbaycana sülh çağırışı, Türkiyə ilə münasibətlərin normallaşması üçün jestlər, mimiki hərəkətlər edir. Dünənə qədər Azərbaycan Zəngəzur dəhlizinin açılacağından danışırdı, Ermənistan isə sanki bu təklifi ilk dəfə eşidirmiş kimi məsələyə biganə yanaşırdı. Bəs nə baş verdi? Ermənistan rəsmiləri Arazdəyən-Naxçıvan-Ordubad-Mehri-Horadiz dəmiryolu xəttinin açılması, yüklərin daşınması barədə fikirlər səsləndirirlər.
Ermənistanda yenə at izi it izinə qarışıb. Vəziyyət o dərəcədə acınacaqlıdır ki, Ukrayna və Rusiyada gedən müharibə də erməniləri boşalan Ermənistana cəlb edə bilmir. Ayağını yerə bərk basan Ermənistanı mümkün qədər tez tərk edir. İşğalçı, qonşularına qarşı ərazi iddiaları irəli sürən bu ölkəni yalnız ağıllı insanlar xilas edə bilər. O da Ermənistanda yoxdur...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB