“İlk dəfədir ki, Ermənistan Rusiyaya qarşı çıxdı” AÇIQLAMA

“İlk dəfədir ki, Ermənistan Rusiyaya qarşı çıxdı” AÇIQLAMA

“BMT-nin insan hüquqları üzrə komitəsinin Cenevrədə keçirilən 49-cu sessiyasında Ukrayna ilə bağlı müzakirələr zamanı 49 dövlətdən 13 bitərəf mövqe sərgiləmiş, qalanları Rusiyanı ittiham edən qətnamənin lehinə səs vermişdir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, son bir neçə ildə birinci dəfədir ki, Ermənistan öz müttəfiqi olan Rusiyanı müdafiə etməmişdir: “Məhz bu amil Paşinyan hökuməti ilə münasibətlərə dair Rusiya tərəfində ciddi narazılıq doğurmuşdur. Paşinyanın Ermənistanda Soros klanının dəstəyi ilə hakimiyyətə gəlməsi amili nəzərə alınarsa, ABŞ-ın indiki prezidenti Bayden və onun komandası ilə sıx münasibətlərə malik olan Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsini Kreml bu ölkədə və perspektivdə Cənubi Qafqaz bölgəsində onun maraqlarının lehinə olmayan geopolitik addım kimi dəyərləndirmişdir. Digər tərəfdən Paşinyan hakimiyyətinin bölgədə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Moskva sazişinin şərtlərini yerinə yetirməkdən boyun qaçırması Rusiyanı qane etmir. Hazırda MDB hüdudlarında Moskvanın nüfuz dairəsinin məhdudlaşdırılmasına yönəldilmiş Qərblə qarşıdurma şəraitində Paşinyan kimi siyasətçilər istənilən vaxt Qərbin xeyrinə demarş edə biləcək qüvvələr kimi qiymətləndirilir. Ermənistanda Rusiya ilə bağlı məlum qüvvələri də hazırda xeyli fəallaşıb və Paşinyan iqtidarına siyasi və sosial təzyiqlərin gücləndirilməsi Kreml tərəfindən olan sifarişlərlə bağlıdır. Rusiyanın MDB, o cümlədən, Ermənistan məkanında proseslərə təsir imkanlarının artıb, azalma faktoru əlbəttə Ukrayna ilə qarşıdurmada Rusiyanın qazanacağı və ya əksinə, itirə biləcəyi ilə bağlı proseslərdən asılı olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə