YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib - YENİLƏNİB-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun gənclərlə görüşü baş tutub. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın yarandığı ilk gündən gənclərin bura böyük rolu olduğunu vurğulayıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gəncləri hər zaman bu partiyanın dövlətimizin əbədiliyini, nüfuzunu daim qoruyub saxlayacaq. Ulu öndər Heydər Əliyev tərəfindən çox etibarlı zəmin qurulub. Bu zəmin əsasında cənab Prezident İlham Əliyev tərəfindən işlər görülür. Bildiyimiz kimi artıq 30 il həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu uğurun qazanmağın əsası səbəbi də düzgün siyasətdir. Xalqımız Prezident ətrafında bir yumruq kimi birləşib. Təbii ki, burada Azərbaycan gəncliyinin çox böyük rolu var.
Muxtar Nağıyev fikirlərinə davam edərək bu gün dünyada mövcud olan yeniliklərin gənclər tərəfindən öyrənilməsinin vacib olduğunu vurğulayıb: “Əminəm ki, gənclərimiz bu ruhda böyüyür. Onlar cənab Prezidentin verdiyi tövsiyələrdən nəticələr çıxardıblar”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, bu il Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyəti daha maraqlı qurulacaq: “YAP Gənclər Birliyinin heyəti formalaşandan sonra qarşımıza qoyulan ilk məsələ fərq qoymadan bütün gənclərlə iş aparmaqdır. Etdiyimiz layihələrdə çalışırıq ki, gənclər arasında fərq qoymayaq”.
Bəxtiyar İslamov fikirlərinə davam edərək gənclərin partiyanın işlərində daha yaxından fəaliyyət göstərmələrini bildirib: “Nə qədər çox insan aktiv olsa, bir o qədər yaxşı iş görə və bir o qədər yaxşı təcrübə qazana bilər. Yeni Azərbaycan Partiyası və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hazırda öz beynəlxalq əlaqələrini qurur. Bu gün Türkiyə ilə çox yaxşı əlaqələrimiz var. Gələcəkdə Türkiyə ilə birgə layihələrimiz olacaq”.
Sonda isə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gənclərin verdiyi sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB