Gec-tez Ermənistan reallıqları anlamalıdır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra Ermənistan cəmiyyəti böyük bir şokdadır. Onlar bəlkə də heç vaxt bu qədər zəlil bir duruma düşməmişdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, ermənilərin özünə gəlməsi üçün uzun illər lazımdır: "Çünki onlar kompleks bir toplumdur. Onlarda çatışmazlıq kompleksi var. Onlar özlərindən tarix uydurublar. Öz fikirlərində ən qədim xalq, ən qədim dövlət yaradıblar. Cənab Prezidentin dediyi kimi onlar xalq ola bilmədilər. Onları sadəcə bir toplum adlandırmaq olar. Çünki heç bir xalq bu qədər əzazil, insanlığa, cəmiyyətə bu qədər nifrətlə yanaşmaz. Heç bir xalqın dini insanı əlinə silah almır. Bu gün yeni yaranmış reallıqlardan Ermənistan üzü ağ çıxmaq üçün bir çox işlər görür, amma bacara bilmir. Azərbaycan Ordusu onları darmadağın edib. Cənab Prezident İlham Əliyev həm diplomatik sahədə, həm iqtisadi, həm hərbi sahədəki uğurlarımız bir liderin necə olduğunu göstərdi. Amma onlar heç vaxt dəyişə bilməyiblər. Onların normal lideri, normal ölkə rəhbərləri olmayıb. Ümumiyyətlə, bölgədə geosiyasi diktəni Azərbaycan, Rusiya, Türkiyə edir. Hər açılan gün Azərbaycanı uğura aparır. Ermənistan tərəfinin mütəmadi olaraq təxribat törətmək cəhdləri danışıqların uzadılmasına yönəlikdir. Düşünürəm ki, gec-tez Ermənistan reallıqları anlamalıdır. Əks halda ümumiyyətlə bu toplum problem yaşayacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB