Prezident TASS-da keçirilən görüşdə bir daha Azərbaycan həqiqətlərindən danışdı - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib. Görüş zamanı KİV-lərinin rəhbərləri tərəfindən verilən sualları cavablandırarkən cənab Prezident İlham Əliyev şox mühüm məsələlərə münasibət bildirmişdir. Görüşün giriş hissəsində cənab Prezident rəsmi səfər zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə haqqında danışarkən demişdir: “Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb - 200-dən artıq. Lakin bu, xüsusi sənəddir, çünki dövlətlərarası münasibətlər qurulmasından 30 il keçdikdən sonra biz müttəfiqlik səviyyəsinə çatmışıq”.
Cənab Prezidentə verilən sualların əsas hissəsi iki ölkə arasında imzalanmış Bəyannamə barəsində olmuşdur. “Rossiyskaya qazeta”nın Baş redaktorunun və “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun sualları da Bəyannaməyə aid olmuşdur. Baş redaktorun “Xahiş edirəm izah edin, həqiqətən iqtisadiyyatda, mədəniyyətdə, qarşılıqlı fəaliyyətin digər sahələrində yeni səviyyə nədən ibarətdir? Axı, bizdə neçə illərdir ki, müqavilə mövcuddur. Bəs bu , nə deməkdir, müqavilədən yüksək sənəddimi?” sualına cənab Prezident cavabında qeyd etmişdir ki, bu vaxta kimi bağlanmış müqavilələr dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyıb. Münasibətlərin indiki forması ali formadır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur.
Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə bağlı sual cavablandırılarkən bildirilib ki, bu təşkilatda aparıcı rol Rusiyaya məxsusdur. Azərbyacanın Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə imzalanmış Bəyannamənin 6-cı və 16-cı bəndləri, - zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir.
Cənab Prezident “RT” telekanalının və “Rossiya seqodnya” beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Marqarita Simonyanın guya etnik əlamətlərinə görə vətəndaşların Azərbaycana girişinə qadağa qoyulması barədə sualını cavablandırarkən bir çox məsələlərə aydınlıq gətirib və bu iddianın heç bir əsası olmadığını bildirb. Bildirilib ki, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunlarında iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak ediblər. Bi neşə il bundan əvvəl Katolikos Qaragenin Bakıya səfəri olub. O Bakının mərkəzində yerləşən erməni kilsəsində olub və bu kilsədə olan 5 mindən çox kitabın qorunub saxlandığının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Əlbətdə o vaxt narahatlıq var idi. Belə hallar xaotik şəkildə baş verəndə hansısa xoşagəlməz halların baş verə biləcəyi riskləri var. Çünki 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Azərbaycan tərəfindən itgin düşənlərin sayı təqribən 4 min nəfərdir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yeri bildirilmir. Sual olunur niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayyətlərin sübutları olacaq.
Daha sonra cənab Prezident bildirmişdir ki, Azərbaycan öz vətəndaşlarının və gələn qonaqlarının təhlükəsizliyinə cavabdehdir. Ona görə də xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın.
Azərbaycanda COVİD-19-la necə mübarizə aparıldığı barədə sualı Mehriban xanım Əliyeva cavablandırararkən bildirib ki, hazırda vəziyyətə görə demək olar ki, son dalğa azalmaqdadır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər öz nəticəsini verdi. Qısa müddət ərzində ölkə ərazisində 12 modul tipli xəstəxana quraşdırıldı. Ölkəmiz vaksinasiyaya tez başlayan ölkələr sırasındadır. Hazırda yaşı 18-dən yuxarı olan əhalinin təqribən 70% iki doza vaksin alıb. Həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmiz COVİD-19-dan az itkilərlə çıxan ölkələr sırasındadır.
Cənab Prezident görüşdə iştirak edən digər KİV-lərinin rəhbərlərini maraqlandıran sulları da ətraflı cavablandırmışdır. Ümumilikdə görüş çox yüksək səviyyədə keçmiş, cənab Prezident görüşdə iştirak edən KİV-lərinin rəhbərlərinin suallarını cavablandırarkən Azərbaycan həqiqətlərini, müharibədən əvvəlki və sonrakı vəziyyət, Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisində törətdikləri cinayyətlər, 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq, bərpa işlləri, COVİD-19 –la mübarizə tədbirləri barədə geniş məlumat vermiş və 22 fevral 2022-ci il tarixdə Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında” Bəyannamənin böyük əhəmiyyətə malik oduğunu bildirmişdir.
Milli Məclisin deputatı
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB