Xarkov şəhərindən EKSKLÜZİV AÇIQLAMA-FOTOLAR - VƏZİYYƏT ACINACAQLIDIR
“Ukraynanın Xarkov şəhəri 40 dəqiqədir ki, güclü artilleriya atəşinə tutulub. Şəhər ruslardan tamamilə təmizlənib. Rusiyanın qüvvələri şəhərin 20-25 kilometrliyində toplanıb”. Bu sözləri SİA-ya açıqlamasında İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar mərkəzinin sədri Samir Adıgözəlli bildirib.

Onun sözlərinə görə, qəsəbələrdən əldə etdiyimiz məlumata əsasən rus əsgərləri hələ də toplanır: “Şəhərdə çörək və su qıtlığı kəskin şəkildə artıb. Biz tələbələrimizlə daima əlaqədəyik. Sığıncaqlarda, ərzaq sıxıntıları var. Xarkov şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulluğu 24 saat fəaliyyət göstərir. Onlar bizim vətəndaşlarımızın təxliyyəsi ilə bağlı tədbirlər görürlər. Lakin şəhərdən çıxmaq insanların həyatı üçün təhlükəlidir. Əfqan Salmamovun birbaşa təşəbbüsü və təşkilatçılığı ilə bəzi tələbələrimizə və həmvətənlilərimizə pulsuz bilet alınaraq Xarkov-Livov qatarı ilə Livov şəhərinə göndərildi. İndi isə onların Livov şəhərindən Polşaya göndərilərək, Azərbaycana qayıtması nəzərdə tutulur. Şəhərin mərkəzində maşınlar və insanlar hərəkət edirlər. Konsuluğumuz tərəfindən də ərzaq problemi yaşayan insanlara yardımlar olunur. Bildiyiniz kimi dünən bizim həmyerlimiz 35 yaşlı Qoşqar Məmmədov evdən çörək almağa çıxdığı zaman öldürülüb. Ona görə də şəhərdə gəzmək də təhlükəlidir. Şəhər təmizlənsə də bir çox hadiələr baş verə bilər. Ümumilikdə şəhərdə vəziyyət olduqca gərgindir. İnsanlar su axtarmaq üçün yolları gəzirlər. Əlimizdən gələn qədər burada olan tələbələrimizə və vətəndaşlarımıza kömək etməyə çalışırıq. Hamı bu gün olacaq danışıqların hansı müstəvidə nəticələnəcəyini gözləyir. Çünki bu danışıqlar hər şeyi həll etmək qüvvəsinə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB