DSX-da Xocalı soyqırımının 30-cu ildönü­mü­nə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

DSX-da Xocalı soyqırımının 30-cu ildönü­mü­nə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında, hərbi hissələrində və sərhəd bölmələrində Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 30-cu ildönü­mü­nə həsr edilmiş silsilə tədbirlər keçirilir. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında, Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım muzeyində keçirilən tədbirlərdə Xidmətin şəxsi heyəti iştirak edib..

Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilmiş tədbirdə hərbi qulluqçular əvvəlcə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olmuş, mərasimin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edil­məsi ilə başlayıb.

Çıxış edənlər erməni millətçiləri tərəfindən xalqımıza qarşı yüzilliklər boyu məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı kimi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımın XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdən olduğunu vurğulamışlar. Qanlı qırğın zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1275 nəfərin isə əsir götürülməsi, 8 ailənin isə tamamilə məhv edilməsi tariximizdə silinməz səhifə kimi qalacağı xüsusi vurğulanıb.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırım qurban­larının adlarının əbədiləşdirilməsi, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edil­məsi və bununla bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olun­ub.

Faciənin faktlarının və erməni millətçilərinin əsl simalarının geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olması qeyd edilib.

Tədbirdə Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində Şanlı Qələbə qazandığı, Xocalı faciəsi qurbanlarının qisası alındığı, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanmışdır. Tarixi qalibiyyətimizin əldə olunmasında qəhrəmanlıq göstərmiş, işğalçı qüvvələrə qarşı mə­tinliklə döyüşmüş Azərbaycan sərhədçilərinin hazırda bu torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını, milli maraqlarımızın müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bir millətin kədəri” sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə