Erməni ünsürü yaranışından bəri ən ağır zərbəni aldı - DEPUTAT ŞƏRH ETDİ
“Xocalı soyqırımının 30 illiyi haqqında cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam böyük tarixi əhəmiyyət daşıyır. Hər şeydən əvvəl bu sərəncamda Xocalı həqiqətləri bir daha əks etdirilib və müvafiq tapşırıqlar verilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, sərəncamın işığında həm ölkəmizdə, həm də xarici ölkələrdə soyqırıma həsr edilmiş toplantılar keçiriləcək, dünya gerçəkləri biləcək: “Xocalıda işğalçı Ermənistan və Xankəndidə yerləşən keçmiş sovet ordusuna aid 366-cı alay mülki azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməklə bəşəriyyət və sivilizasiya əleyhinə dövlət və ayrı-ayrı rəhbər şəxslər səviyyəsində cinayət edib. Öldürülənlər günahsız, əliyalın insanlar-uşaqlar, qadınlar, qocalar olub. Bütün şəhər, tarix və mədəniyyət abidələri, sosial obyektlər məhv edilib.
Xocalıda törədilən soyqırımına dair müxtəlif dillərdə həm tarixi, həm sənədli, həm də bədii əsərlər, məqalələr yazılıb. Kitabçalar nəşr edilib. Bu işdə Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu müstəsna rol oynayıb və oynayır. “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər böyük əhəmiyyət daşıyır. Xocalı haqqında sənədli film çəkilib, İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin dərs kitablarına Xocalıda törədilən vəhşiliklərə dair məlumatlar daxil edilib. Xocalı soyqırımı bir neçə ölkə tərəfindən tanınıb.
44 günlük müharibədə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə ilə xəyallarımız gerçəkləşdi. Ərazilərimiz düşmən işğalından qəhrəmanlıqla xilas edildi. İşğalçı ölkə məğlub edildi. Erməni ünsürü yaranışından bəri ən ağır zərbəni aldı. Ermənistanın beli qırıldı.
Qələbəyə biz ilk növbədə güclü ordu, güclü dövlət, qüdrətli dövlət rəhbəri, xalq və hakimiyyət arasında sıx birlik, əlverişli beynəlxalq şərait, uğurlu xarici siyasət sayəsində nail olduq. Ötən illərin tarixi təcrübəsi göstərir ki, millətimizin tərəqqisinin və qarşıya qoyduğu məqsədlərə nail olmasının təməlində təbii sabitlik, güclü dövlət və qüdrətli dövlət xadimi dayanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB