Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - SON DƏQİQƏ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - SON DƏQİQƏ

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə