“Sözügedən Bəyannamələrdə Rusiya və Türkiyənin regionda əsas müşahidəçi rolu uğrunda girdikləri rəqabətli mübarizə kəskin şəkildə hiss olunur”. Bunu “Ermənistan” fraksiyasından olan deputat, Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorqyan öz Teleqram kanalında yazıb.
“Ermənistan üç bəyannamə arasındadır. 44 günlük müharibədən sonra təkcə üçtərəfli bəyanatlar deyil, həm də müxtəlif beynəlxalq formatlarda qəbul edilən Bəyannamələr ənənəvi hal alıb. Onların arasında mühüm üç Bəyannamə - Türkiyə ilə Azərbaycan arasında iyunda imzalanmış Şuşa, 2021-ci ilin noyabrında türk dövlətlərinin Zirvə toplantısında qəbul edilmiş İstanbul və 2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan arasında imzalanmış Moskva Bəyannamələri var. Gördüyünüz kimi, onların arasında Ermənistanın birbaşa iştirakçısı olduğu heç bir bəyannamə yoxdur, amma hamısı müəyyən dərəcədə bizə aiddir. Ola bilsin ki, tezliklə bu silsilədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair Bəyannamə də yer alsın. Yuxarıda qeyd olunan Bəyannamələrdə regionda əsas müşahidəçi rolu uğrunda Rusiya və Türkiyənin girdiyi rəqabətli mübarizə kəskin şəkildə hiss olunur. Aydındır ki, bu mübarizədə həlledici amil Azərbaycana maksimum təsir göstərməkdir. Bu təsir üçün Rusiya regionda əsas müttəfiqi - Ermənistan hesabına kompromislərə getməyə, Türkiyə isə yenə Ermənistan hesabına Azərbaycanın regionda yeni üstünlüklər qazanmasına kömək etməyə hazırdır. Eyni zamanda, sual açıq qalır, Ermənistan bütün bunlardan nə əldə edəcək, daha doğrusu, Ermənistan daha nə itirə bilər?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB