YAP Ucar rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər FOTOLAR

YAP Ucar rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər FOTOLAR

20 fevral 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva,Vətən müharibəsi şəhidi leytenant, "Azərbaycan Bayrağı" ordenli Elnur Vəliyevin atası Əli Vəliyev və Birinci Qarabağ müharibəsi şəhidi baş leytenant Qadir Məmmədovun oğlu rayon təşkilatının fəalı Yusif Məmmədov Vətən müharibəsi şəhidi Rəmal Gülüşovun valideynlərini ziyarət etmişlər. Rəmal Gülüşovun valideynləri Şahin və Mahizər Gülüşovlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva minnətdarlıqlarını bildirmişlər.

05 avqust 1995-ci ildə anadan olmuş Rəmal Gülüşov 10 oktyabr 2020-ci il tarixdə Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuş,16 dekabr 2020-ci il tarixdə rayonun Qaracallı kənd qəbiristanlığında dəfn edilmişdir. Rəmal Gülüşov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə