Yeni seçiləcək prezident Paşinyanı dəstəkləyən biri olacaq - POLİTOLOQ AÇIQLADI
"Ermənistanda mart ayında keçiriləcək prezident seçkilərinə elə də ciddi bir həvəs yoxdur. Çünki Ermənistan parlament respublika olduğuna görə, prezidentin səlahiyyətləri məhduddur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, buna baxmayaraq yanvar ayının 23-dən bəri parlamentin sədri həmin vəzifəni icra edir: "Yeni seçiləcək prezident çox güman ki, Paşinyanı dəstəkləyən biri olacaq. Bu da Paşinyanın mövqeyinin daha da möhkəmlənməsinə səbəb ola bilər. Paşinyan Azərbaycan ilə sülh müqaviləsi baxmaq istəyir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müsbət mövqedədir. Bütün bunların fonunda Paşinyan Ermənistanı problemsiz bir dövlətə çevirmək istəyir. Bu baxımdan da yeni seçiləcək prezident Paşinyanın yanında olacaq. Ona görə də inanmıram ki, hər hansı bir qarşıdurma olsun".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB