“Koçaryan və Sarkisyan beynəlxalq məhkəməyə verilə bilər” - AÇIQLAMA
“Qarşıdan 26 fevral - Xocalı soyqırımının 30-cu il dönümü gəlir. Düz 20 il bundan əvvəl azərbaycanlılara qarşı, məhz müsəlman türk olduqları üçün erməni caniləri, cinayətkarları tərəfindən 20-ci əsrin insanlığa qarşı ən böyük cinayəti törədilib. Erməni caniləri körpələrə uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutmaqla məhz Azərbaycan xalqının gözünü qorxutmaq və Azərbaycan torpaqlarına qarşı irəli sürdükləri əsassız iddialarla Azərbaycan xalqının və dövlətinin müqavimət göstərmək imkanlarını sarsıtmaq və ona zərbə vurmaq məqsədi daşıyırdılar”. Bunu politoloq Anar Əliyev “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, burada yüz illiklərə söykənən azərbaycanlı, türk nifrəti eyni zamanda, erməni kilsəsi tərəfindən erməni beyninə yeridilən saxta ideologiya, ali irq, ali millət bütün mədəni tarixi nailiyyətlərin məhz bu xalqa aid olması ilə bağlı yanlış saxta təsəvvürlərin, ideologiyaların təsiri altında böyüyən insanların qonşularına xüsusilə də, onlardan daha yüksəkdə mədəni, tarixi, iqtisadi insani keyfiyyətləri ilə dayanan topluma, xalqlara qarşı nifrəti ilə bağlı idi: “Hesab edirəm ki, erməni vəhşiliyi, qəddarlığı, soyqırımı ilə bağlı Azərbaycan dövləti çox ciddi siyasi mübarizə meydanı aça bilib və nəticə etibarı ilə dünya səviyyəsində bir sıra dövlətlərin və parlamentlərin Xocalı soyqırımını azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımı kimi tanıdılmasına nail olubdur. Bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı və dünya səviyyəsində ictimai rezonans doğuran "Xocalıya Ədalət" kampaniyasını xatırlatmaq istəyirəm. Bu kampaniya çərçivəsində keçmiş sovet respublikalarında, Avropa dövlətlərində, Amerikada, Türkiyədə, şərq ölkələrində çox böyük kampaniya həyata keçirildi və keçirilir. Bu proseslərin nəticəsində dünyanın bir sıra dövlətləri və xalqları erməni kimliyi, erməni terrorizmi və terrorizmin mahiyyəti və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın mahiyyəti və miqyası ilə tanış ola bilirlər”.
A.Əliyev onu da bildirdi ki, törədilən Xocalı soyqırımına görə, Azərbaycan tərəfindən ermənilərə, Ermənistana və onun cinayətkar rejimlərinə qarşı xüsusilə də, Koçaryana və Sarkisyana qarşı beynəlxalq məhkəmədə iddia qaldırıla bilər: “Artıq bildiyimiz kimi Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Koçaryan və Sarkisyana qarşı cinayət işi qaldırılıb. Azərbaycan öz haqq mübarizəsini beynəlxalq səviyyədə, beynəlxalq məhkəmələr səviyyəsində davam etdirib Ermənistanın və erməni cinayətkarlarının cəzalandırılmasına nail ola bilər və olmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB