YAP Səbail rayon təşkilatının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib - YENİLƏNƏCƏK
Bu gün YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Yeni Azərbaycan Partiyasının “YAP” Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranmasından, Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə Azərbaycandakı böhran vəziyyətdən danışıb.
Muxtar Nağıyev həmçinin qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycan ziyalıları buna göz yuma bilmədilər və Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bundan əlavə Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yarandığı ilk dövrdən keçdiyi çətin və keşməkeşli yoldan danışıb.
Tədbirdə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova, 91-lərin nümayəndəsi Şahlar Əsgərov çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB