"3+3" formatının məqsədi regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır - DEPUTAT AÇIQLADI

"3+3" formatının məqsədi regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır - DEPUTAT AÇIQLADI

"Ölkəmiz 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğala məruz qalmış torpaqlarımızı işğaldan azad etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazandıqdan sonra və ərazi bütövlüyümüz təmin edildikdən sonra bölgəyə yeni reallıqlar gəldi: "Bu reallıqlar nəzərə alınaraq Azərbaycan və qardaş Türkiyə tərəfindən yeni “3+3” əməkdaşlıq formatı təklif olundu. İlk növbədə onu qeyd etmək lazımdır ki, “3+3” formatı bölgəyə dayanıqlı sülhün və əmin-amanlığın gətirilməsini təmin edəcək. Çünki bu çox vacib bir məqamdır. Bölgənin 6 ölkəsi – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İran birgə əməkdaşlıq platformasına qoşulsalar əlbəttə ki, bu ölkələr arasında münasibətlər qurulacaqdır. Bu platforma həmçinin bu ölkələrin inkişafına, tərəqqisinə xidmət edəcək. Bu baxımdan da platformanın əsas məqsədi regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə