Regionda bir sıra müsbət dəyişikliklər yarana bilər
Məlum olduğu kimi, mart ayında İsrail prezidenti İshaq Hersoqun Türkiyəninin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşü keçiriləcək. Belə ki, The Jerusalem Post nəşrinin yazdığına görə, İsrail hətta bu ərəfələrdə HƏMAS təşkilatının Türkiyə ərazisində, əsasən, İstambulda fəaliyyət göstərdiyi qrupları barədə də əvvəllər olduğu kimi etirazlı şərtlər irəli sürmür. “Bizdə hər hansı bir şərtlər yoxdur. Təbii ki, münasibətlərin qurulması üçün biz bir-birimizə güzəştlərə gedəcəyik. Biz artıq görürük ki, Türkiyə ərazisində təhdid yaradan terror təhlükələrinə qarşı mübarizəsini gücləndirib”, deyə adıçəkilən İsrail nəşrinə açıqlama verən israilli mənbə qeyd edib və onu bildirib ki, İsrail bu məsələdə kifayət qədər ehtiyatla irəliyə doğru getməkdədir.
İsrailin baş naziri Alon Uşpiz: “Biz irəliyə doğru çox yavaş və mərhələlərlə gedirik”
Bu xəbər eyni zamanda, Türkiyənin yüksək rütbəli dövlət məmurlarının İsrailə səfərləri ərəfəsində yayılıb. Belə ki, Türkiyənin nümayəndə heyətini xarici işlər nazirinin müavini Sedat Onal və prezident Ərdoğanın müşaviri və mətbuat katibi İbarahim Kalın təmsil ediblər.
Dekabr ayında isə İsrailin XİN rəhbəri Alon Uşpiz Türkiyədə səfərdə olub və prezident Hersoqun bu ölkəyə səfərinin detallarını müzakirə edib.
Fevral ayının əvvəlində isə İsrailin baş naziri Naftali Bennet bəyan edib ki, Ərdoğanın yaxınlaşma təşəbbüsünə müsbət və ehtiyatla yanaşır. “Biz irəliyə doğru çox yavaş və mərhələlərlə gedirik”, deyə Bennet əlavə edib və bildirib ki, Hersoqun Ankaraya səfəri məhz onunla koordinasiya edilməkdədir.
Ankara İsrailin Afina və Nikosiya ilə isti münasibətlərinə etiraz etmir
İsrailli mənbələr dəqiqləşdiriblər ki, Ankara ilə münasibətlərin normallaşdırılması prosesinə başlanılması İsrailin Yunanıstanla, Kipirlə münasibətlərinə xələl vurmur. Maraqlıdır ki, Ərdoğanla görüşündən əvvəl Hersoqun Afinada və Nikosiyada olacağı da məlumdur.
Türkiyə lideri isə hələ ötən ildən İsraillə münasibətlərin yaxşılaşdırılması ətrafında bəyanatlar səsləndirməyə başlayıb. Türkiyə siyasətinin dəyişdirilməsi eyni zamanda iqtisadi çətinliklər, ölkənin diplomatik izoləsi və s. məsələlərlə bağlıdır ki, Ərdoğan bütün bunları həll etməyə çalışır, üstəlik, İsraillə münasibətlərin normallaşdırılmasında BƏƏ-nin də vasitəçiliyi rol oynayır.
Köhnə müttəfiqlərin yenidən masa arxasına oturaraq bir araya gəlmələri regional yöndə aparılan siyasət baxımından müsbət dəyişikliklərə səbəb olacaq
Ötən ay Türkiyənin xarici işlər nazirliyi fələstinlilərin İsrailin dövlət ərazilərində yaşayış məntəqələri və sənaye mərkəzləri açmalarına qarşı görülən tədbirlərə, onların həmin ərazilərdən çıxarılmalarına qarşı tənqidi fikirlər səsləndirmişdi. O cümlədən, Qüdsdə (Yerusəlimdə) yerləşən Əl-Əqsa məscidi ilə bağlı prolblemlərin yaradılmasına qarşı Türkiyənin Dini İşlər üzrə İdarəsi də etirazını bəyan etmişdi.
Xatırladaq ki, İsraillə Türkiyənin ümnasibətləri 2008-ci ildə pisləşmişdi. Həmin vaxt İsrailin baş naziri Yehud Olmert Ərdoğanla görüşündən bir neçə gün sonra fələstinlilərə qarşı əməliyyatın keçirilməsi qərarını verdi. Gərginlik həddi isə 2010-cu ildə bir qədər qədər yüksəldi. Onda İnsani Humanitar Yardım (İHH) “Mavi Marmara” gəmisini Qəzza zolağına göndərərək blokadanı yarmaq istədi. Lakin İsrailin müdafiə ordusu gəmini dayandırdı və göstərilən müqavimətdə 9 nəfər insan həlak oldu. Bu insidentdən sonra İsrail və Türkiyə dipılomatik əlaqələrini tam şəkildə pozmadılar, hətta 2016-cı ildə səfirlərini də təyin etdilər. Lakin iki ildən sonra İsrailin müdafiə nazirliyinin Qəzza zolağında baş verən etirazlara sərt reaksiya göstərdiyinə görə Ankara israilli səfiri öz ölkəsinə göndərdi.
İndi isə vəziyyət sabitləşməyə doğru inkişaf edir və köhnə müttəfiqlərin yenidən masa arxasına oturaraq bir araya gəlmələri həm regional yöndə müsbət dəyişikliklərə səbəb olacaq, həm də hər iki ölkənin təhlükəsizliklərinin birgə təmin etmələri şəraiti münbit hala gələcək. Bu baxımdan, istər Türkiyədə, istərsə də İsraildə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara isti baxılmaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB