Mehriban xanım Əliyevanın fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilir - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Son illər bütün sahələrdə olduğu kimi dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi üçün də köklü islahatlar keçirilib, kadrların tərkibi yenilənib, məsuliyyət hissi artırılıbdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu baxımdan 2016 - cı il sentyabrın 26 da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse - prezidentlər institunun yaradılması mühüm əhəmiyyətə malik olubdur.
“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse - prezidenti təyin olunması ölkə həyatında tarixi bir hadisə olmaqla xalqımızın ürəyindən idi. Çünki Mehriban xanım bu vəzifəyə gəlməmişdən çox - çox əvvəl insanların qəlbində bir ictimai - siyasi xadim, xeyirxah insan, sədaqətli vətəndaş, sevimli ailə başçısı və ana kimi özünə yer salmışdı. Heydər Əliyev Fondunun Prezidenti kimi birinci xanım nəinki Azərbaycanda, əksər dünya ölkələrində xeyirxahlığı ilə böyük şöhrət qazanıbdır. Onun səhiyyə, təhsil, idman, mədəniyyət, quruculuq işlərində dini - tarixi abidələrin qorunması və bərpasında gördükləri, həyata keçirdikləri hesabagəlməzdir. O xalqı, vətəni, insanların xoşbəxtliyi və firavanlığı üçün ömrünü sərf etmiş və bundan həmişə ruhlanır, bununla fəxr edir.
21 fevral 1917 - ci Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse - prezidenti kimi öz istəklərini dilə gətirərək qürurla bildirmişdir: “Biz fəxr edirik, son illər ölkəmizdə baş verən müsbət meyllərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifəsindən asılı olmayaraq insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, sözündə və işlərində bütöv olmalıdır”.
Hörmətli Mehriban xanımın sözü və əməli bütövdür. O, Birinci vitse - prezident olduğu illərdə bunu reallığa çevirdi, ən çətin anlarda Prezidentimizlə çiyin - çiyinədir, ona yalnız həyat yoldaşı deyil bir silahdaşdır. Müharibə günlərində, müharibədən sonrakı dövrdə Mehriban xanımın təşəbbüsləri, əməli fəaliyyəti göstərir ki, o xalqının sədaqətli rəhbəri, insanların dostu və cəfakeşi, övladlarımızın gələcəyi, vətənin inkişafı üçün həyatını sərf edən bir vətəndaşdır.
Mehriban xanım Əliyevanın Birinci vitse - prezident kimi fəaliyyət göstərdiyi vaxtdan keçən beş il onun həyatının qızıl səhifəsi, inkişafımızın göstəricisidir. Hörmətli Mehriban xanıma öz fəaliyyətində bundan sonra da yeni - yeni uğurlar, xoşbəxtlik arzulayırıq”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB