YAP Ağsu rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir FOTOLAR
Fevralın 17-da YAP Ağsu rayon Muradlı, Gigiyena və Epidemiologiya Mərkəzi, Şəhər Mərkəzi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
Yığıncaqlarda bildirildi ki, hər bir rayon təşkilatı özündə birləşdirdiyi ərazi partiya təşkilatlarının bütün qüvvə və bacarıqlarını səfərbər etməklə qarşıda dayanan vəzifələrin icrasına öz töhfələrini verməlidir. Əminliklə demək olar ki, YAP Ağsu rayon təşkilatının ərazi partiya təşkilatları bu istiqamətdə fəaliyyətini daha da gücləndirəcəklər. Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Sehrayə Hümbətova Muradlı ərazi partiya təşkilatının sədri, Fərhad Soltanov sədr müavini, Əhsən Nəsirov Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri, Vüsalə Tarverdiyeva sədr müavini, Mirəli Nağıyev Şəhər Mərkəzi ərazi partiya təşkilatının sədri, Kamal Nəhmədov sədr müavini seçiliblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB