YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib FOTOLAR

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. 2022-ci il fevral ayının 16-da YAP Qazax rayon təşkilatının Qazax şəhər 1 və 2 saylı tam orta məktəb, Uşaq Xəstəxanası ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Hesabat-seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub. Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər. Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb. YAP Qazax rayon təşkilatının Qazax şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatında Səadət İsgəndərova sədr, Elnarə Abdullayeva sədr müavini, Qazax şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatında Gülnar Əmrahova sədr, Sakibə Göyüşova sədr müavini, Uşaq Xəstəxanası ərazi partiya təşkilatında Üzeyir Vəliyev sədr, Çimnaz Süleymanova sədr müavini seçiliblər.

Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz, avanqard partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam-intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə