Müdafiə Nazirliyi məlumat yayıb

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə