“Ermənistan hakimiyyəti müstəqil qərarlar qəbul etmək iqtidarında deyil” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistan hakimiyyəti Moskva razılaşması ilə bağlı məsələlərə zaman etibarilə fərqli münasibət sərgiləyir. Baş nazir gah Ermənistanın həmin müqavilə ilə heç bir öhdəlik götürmədiyini, gah da razılaşmanın şərtləri ilə danışıqlara hazır olduğunu, hətta Azərbaycanla perspektivdə sülh sazişinin imzalana biləcəyini vurğulayır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin bu məsələ ilə bağlı verdiyi bəyanatlarda ziddiyyətli mövqe və fikirlər əlbəttə anlaşılandır: “Ermənistan hakimiyyəti müstəqil qərarlar qəbul etmək iqtidarında deyil, bu hakimiyyət öz xalqı və seçiciləri qarşısında deyil, onu məlum rəngli inqilab dalğasında iqtidara gətirən qlobal maliyyə gücləri qarşısında məsuliyyət daşıyır, o qərar qəbul edəndən çox, icraçı rolunda çıxış edir. Hazırda bölgədə Azərbaycan ordusunun əldə etdiyi qələbə nəticəsində geosiyasi reallıqlar xeyli dərəcədə dəyişib və məlum qlobal maliyyə güclərinin maraqlarına cavab vermir. Ukrayna və Gürcüstanın perspektivdə NATO- ya qatıla biləcəyi ilə bağlı ehtimallar Qərbi, xüsusilə ABŞ və Rusiya arasında münasibətlərdə gərginliyə səbəb olub. Beynəlxalq münasibətlər tarixində prinsip etibarı ilə yeni bir mərhələ yaşanır və bu mərhələdə baş verəcək hadisələr dünyanın, xüsusilə MD-nin sonrakı durumuna ciddi təsir göstərəcək.”
E.Manafov onu da bildirdi ki, Ermənistanı Rusiyanın nüfuz dairəsindən qopartmaq uçun cəhdlər səmərə vermir, üstəgəl Ermənistanın özündə siyasi qüvvələr arasında dizbalansin pozula bilməsi ehtimali Paşinyani daim ikili standartlardan çıxış etməyə sövq edir: “Azərbaycan və Türkiyə ilə mövcud problemlərin həlli istiqamətində əldə edilə biləcək raziliqlari Ermənistanın ifrat millətçi kəsiminin və müxalifətin necə qarşılaya biləcəyindən Paşinyan daim ehtiyat edir, ordu və Təhlükəsizlik qüvvələrinə tam etimadın olmaması ( Qazaxıstandakı hadisələr zamani olduğu kimi) Paşinyani məsuliyyəti öz üzərinə götürməkdən çəkindirir. İstisna deyil ki, onu hakimiyyətə gətirən bəlli dairələr bəzi məsələlərə tam aydınlığın gətirilə biləcəyi məqama qədər gözləməyi, vaxt udmağı məsləhət görürlər və əgər Paşinyan da belə düşünürsə "böyük şahmat taxtası arxasında seytnota" düşə bilər. Belə ki, bölgə dövlətləri Moskva razılıqlarının şərtlərinin nəhayət ki, həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Bundan əlavə 3+3 formatında əməkdaşlığın davam etdirilə biləcəyi ilə bağlı fikirlər də səsləndirilib. Azərbaycan bölgədə kifayət qədər nüfuz olan dövlətlərlə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında əməkdaşlığı uğurlar davam etdirir, onun AB nin enerji təhlükəsizliyində rolu və imkanları artır, dövlət, onun iqtisadi gücü və beynəlxalq nüfuzu yüksəlir, etibarlı tərəfdaş statusu qazanmış Azərbaycan bütün bunların fövqündə əlbəttə Ermənistan tərəfindən nəhayət ki, Moskva razılaşmalarının yerinə yetirilməsini tələb edə bilər, vaxt isə daralır, Böyük şahmat taxtası arxasında Ermənistanın seytnota düşmə ehtimali böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB