Prezident hərbi qulluqçuların xidmətlərini daim yüksək qiymətləndirir - ŞƏRH
Bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir
Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral tarixdə imzaladığı Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilsinlər. Və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilsin.
44 GÜN ƏRZİNDƏ ÖZ ŞÜCAƏTLƏRİ İLƏ İGİD ƏSGƏRLƏRİMİZİN HƏRƏSİ BİR QƏHRƏMANLIQ DASTANI YAZANLARIN ZƏFƏR TƏLTİFLƏRİ
Vətən müharibəmiz şanlı qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 44 gün ərzində öz şücaətləri ilə igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Ana Vətənə canlarını qurban verməkdən belə çəkinmədilər, şəhid, qazi oldular, əzmlə, qürurla, çiyin-çiyinə verərək, biləklərinin haqqı ilə qazandılar bu fəxarətli zəfəri.Bəli, Ana Vətənə canlarını qurban verməkdən belə çəkinməyərək şəhid, qazi oldular, zəfər yazdılar. Və 2020-ci il dekabrın 1-də "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edildi. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi də Prezidentin igidlərimizə yüksək ehtiramdır.
DÖVLƏTİMİZİN BAŞÇISI BU DƏFƏ DƏ VERDİYİ VƏDƏ SADİQLİYİNİ NÜMAYİŞ ETDİRDİ
Prezident İlham Əliyev siyasi iradəsi, müdrikliyi sayəsində 44 günlük Vətən Müharibəsinin qələbəsi Azərbaycan tarixinə Qalib Xalq ifadəsini yazdırdı. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Onların hər biri ilə qürurlanır, qarşılarında borcluyuq. Belə igidlik göstərmiş vətən övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirdir.
Ali Baş Komandan dəfələrlə bildirmişdi ki, Vətən müharibəsində igidlik göstərənlər heç vaxt unudulmayacaqlar. Sentyabrın 30-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başladığı hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bu məsələni xüsusi olaraq vurğulayaraq demişdir ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Dövlət başçısı, hətta bu orden və medalların adlarını da özü təklif etdiyini bildirmişdi.
“MƏN BÜTÜN BU 44 GÜN ƏRZİNDƏ, ONDAN ƏVVƏL VƏ ONDAN SONRA DÖYÜŞ MEYDANINDA, ARXA CƏBHƏDƏ QƏHRƏMANLIQ GÖSTƏRMİŞ HƏRBÇİLƏRİMİZİ TƏLTİF EDƏCƏYƏM”
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşü zamanı həmçinin onu da bildirmişdir ki, bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm: "Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm... Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək".
Qeyd edək ki, müstəqillik dövründə "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şücaətə görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları təsis olunub və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində iştirak etmiş, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnən döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etmiş və s. fərqlənən şəxslərə verilib. Azərbaycan və Ermənistan cəbhəsində baş verən aprel döyüşləri və ümumiyyətlə. Qarabağ savaşında Azərbaycan sərhədlərinin qorunmasında xidmətlərinə görə zabit, gizir və əsgər heyəti müxtəlif orden və medallarla təltif olunmuşdular. Hazırda Azərbaycanda 10 orden və 64 medal var.
Bu gün isə Azərbaycanda yeni Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edilib. Azərbaycan Prezidenti tərəfindən daha 2 orden və 15 medalın təsis edilməsi təklif olunub. Yeni ad isə "Vətən müharibəsi qəhrəmanı" adıdır. Yeni təklif olunan 2 ordendən biri "Zəfər", digəri isə "Qarabağ" ordenidir. Medallara gəlincə isə, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" və s.
Bəli, bu gün Prezident İlham Əliyev indiyədək verdiyi bütün vədləri layiqincə yerinə yetirib. Dövlətimizin başçısı bu dəfə də verdiyi vədə sadiqliyini nümayiş etdirdi. Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral tarixdə imzaladığı yeni Sərəncamı bunun təsdiqidir.
Bütün bunlar Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Dövlət başçımızın dediyi kimi: "Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB