“...Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırılmalıdır”

“...Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırılmalıdır”

"Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarda vurduğu ziyana görə təzminat ödənməsi üçün bütün beynəlxalq məhkəmələrdə iddia qaldırmalıdır”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

“Hər hansı bir ölkəyə hücum etmiş və ya hansısa haqsızlığa yol vermiş ölkənin sonradan zərərçəkmiş tərəfə vurduğu maddi ziyana görə təzminat ödəməsi ilə bağlı çox sayda nümunə var. Təbii ki, bu məsələ beynəlxalq məhkəmələrin qətnaməsinə əsasən həll olunur, işğalçı ölkə külli miqdarda vəsait ödəməyə məhkum edilir və ödəyir”, – ekspert deyib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində Qarabağ bölgəsini qanunsuz olaraq işğal və zəbt edərək həmin ərazidə yaşayış evləri, hər cür infrastruktur kimi maddi sərvətlərin məhv edilməsinə, maddi sərvətlərin daşınıb aparılmasına, heyvan və bitki aləminin qəsdən məhv edilməsinə görə Azərbaycana təzminat ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня