İrəvanın meri etiraf etdi - şəhər zibilin içində batır ETİRAF+FOTOLAR

İrəvanın meri etiraf etdi - şəhər zibilin içində batır ETİRAF+FOTOLAR

İrəvan şəhərinin meri Qraç Sarkisyan paytaxtın küçələrində süpürgəçilərin sayının daha 200 nəfərə qədər artırılması tapşırığını verib. SİA xəbər verir ki, Ermənistanın ictimai televiziyası bu barədə məlumat yayıb. Belə ki, merin sözlərinə görə, İrəvan şəhəri palçığın, zibilin işində batır-gedir və təmizliklə bağlı problemlər mövcuddur.

“Anlamıram ki, nəyə görə şəhər bu qədər zibilin içində batır. Yeni texnikalar alıb, amma hesab edirəm ki, hazırkı məqamda insan resursu daha vacibdir. Bizdə gündəlik fəaliyyət nəticəsində 1 milyon sakin obyektiv və qeyri-obyektiv baxımdan şəhəri çirkləndirir və bunun müqabilinidə 300 süpürgəçi var”, deyə mer bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə