Aleksandr Jukovski: “Cənubi Qafqaz regionu Avropa İttifaqının maraqları zonasındadır” - ŞƏRH
2022-ci il fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən videomüzakirələr Avropa ictimaiyyətinin Cənubi Qafqaz regionuna marağının bir göstəricisi kimi qiymətləndirilməlidir.
SİA xəbər verir ki, bu barədə Caliber.Az-a şərhində tanınmış sosioloq, ictimai xadim Aleksandr Jukovski bildirib. Onun sözlərinə görə, Mişel və Makronun regionda gərginliyin azaldılması və etimadın yaradılmasına yönəlmiş səyləri dəstəkləməyə sadiqliklərini təsdiqləmələri Avropa ictimaiyyətinin daima Cənubi Qafqaz regionunda vəziyyəti diqqətlə izlədiyini göstərir.
“Eyni zamanda, bu, həm də Avropanın aparıcı ölkələrindən biri olan Fransanın Bakı ilə İrəvan arasında normal siyasi dialoqun qurulması prosesinə töhfə verməyə hazır olmasının göstəricisidir. Burada regionun əsas ölkəsi və Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı kimi Azərbaycanın Avropa üçün əhəmiyyətini qeyd etmək yerinə düşər, onunla əməkdaşlıq Avropa dövlətlərinin və beynəlxalq strukturlarının siyasətinin prioritet istiqamətlərindəndir. Məsələn, UNESCO nümayəndələrinin Azərbaycanın ayrılmaz hissəsi kimi Qarabağa Azərbaycan ərazisindən keçməklə səfər etməsi ölkənin diplomatik uğuru, dövlətin ərazi bütövlüyünün tanınmasıdır ki, bu da öz növbəsində dərin sosial komponentə malikdir.
Eyni zamanda, Azərbaycan, Ermənistan, Fransa, Aİ liderlərinin görüşü digər eyni dərəcədə vacib hadisələrlə dinamika baxımından daha yaxşı başa düşüləndir. Hesab edirəm ki, burada Mərkəzi Asiya ölkələrinin başçılarının Çin lideri ilə görüşünü xatırlatmaq yerinə düşər”, - Jukovski bildirib.
Onun sözlərinə görə, Avropa sənayesi onun inkişafı üçün yeni əlaqələr və resurslara həyati maraq kimi baxır. Müstəqil respublikalar belə imkanlar verə bilər.
“Avropa təşkilatları, o cümlədən UNESCO inteqrasiya proseslərinin potensial iştirakçılarının mümkün irrasional və kortəbii təzahürlərini yumşaldacaq bürokratik prosedurlar üzrə zəngin təcrübəyə malikdir. Onların milli-mədəni adət-ənənələrin tənzimlənməsində və qorunub saxlanmasında iştirakının region üçün çox faydalı olacağı şübhəsizdir. Məhz buna görə də Aİ nümayəndələri ilə Ermənistan və Azərbaycan liderləri arasında virtual formatda son müzakirələr Qərblə Şərq arasında aydın dialoqa nail olmaq üçün növbəti addım kimi qiymətləndirilməlidir”, - rusiyalı sosioloq bildirib.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB