Görüş Prezidentin gənclərə olan diqqət və qayğısının növbəti təzahürüdür
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.Prezident İlham Əliyevin fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır. Gənclər Forumu çərçivəsindəki görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir. Hələ 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Ondan bir il sonra isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Məhz o vaxtdan bu günə qədər Azərbaycanda gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bununla da Prezident İlham Əliyevin gərgin əməyi sayəsində gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasına zəmin yaradıb. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər mədəniyyət, incəsənət, elm və idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Böyük Qayıdışımızın abadlıq-quruculuq mərhələsində də gənclərimiz yaxından iştirak edirlər.
Dövlətimiz tərəfindən Vətən müharibəsində iştirak etmiş və əlil olmuş gənclərə xüsusi diqqət və qayğı göstərilir.Son bir neçə il ərzində xeyli sayda gənc könüllülər hərakatına cəlb olunmuşdur. Bu gəncılər gələcəkdə dövlət qurumlarının müxtəlif sahələrində fəaliyyət göstərərək vətənə və millətə xeyirli töhfələr verəcəkdir. Gələcəyimiz olan gənclər dövlətin himayəsi altında diqqət və qayğı ilə əhatə olunur və böyük zirvələr fəth edirlər.
Arzu Abdullayev
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB