Türkiyə və İsrail əvvəlki kimi güclü müttəfiq ola biləcəklərmi? ŞƏRH+AKTUAL
İsrail prezidentinin Türkiyəyə səfər planlaması ölkələr arasındakı ikitərəfli münasibətlərdə yeni səhifə açır
Son vaxtlar istər Türkiyə, istərsə də İsrail tərəfindən ölkələrarası diplomatik münasibətlərə müsbət cəhətdən yenidən baxılması istiqamətində qarşılıqlı fikirlər səslənməkdədir. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir neçə ayda İsraillə münasibətlərin normallaşdırılması yönündə səsləndirdiyi bəyanatları isə artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, “Mavi Mərmərə” qarşıdurmasından sonra dondurulmuş münasibətlərin buzları əriməyə başlayır.
İsrailli Türkiyə üzrə ekspert: "Bu səfər ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olacaq"
Bu arada İsrailin Türkiyə üzrə eksperti Hey Eytan Koen Yanroçaqın mövzu ilə bağlı fikirləri kifayət qədər maraq doğurur. SİA İsrail mətbuatına istinadən xəbər verir ki, yəhudi ekspert İsrail prezidentinin Türkiyəyə səfər etməsi qərarını əhəmiyyətli məqam kimi vurğulayıb və hər iki tərəfin uzaqdan-uzağa aparılan müharibə pərdəsini aradan qaldırmaq marağında olduğunu deyib.
“Bu səfər ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olacaq. Prezident Hersoqun Ankaraya dəvət alması, eləcə də onun münasibətləri yoluna qoymaq istəyi yönündə yaşıl işıq yandırması yalnız yaxşı halın başlanğıcı kimi dəyərləndirilə bilər”, deyən israilli ekspert əlavə edib ki, İsrailin əsas istəyi və hədəfi HƏMAS-ın Türkiyənin ərazisində operativ mövcudluğuna, eyni zamanda, türk siyasəti və ictimai diskuslarında anti-İsrail ritorikasına son qoymaqdan ibarətdir.
Prezident İshaq Hersoqun atası, İsrailin altıncı prezidenti Haim Hersoq da 1992-ci ildə Ankaraya səfər etmişdi
Yanroçaq İsrail prezidenti İshaq Hersoqun atası Haim Hersoqun yolunu davam etdirdiyini bildirib və xatırladıb ki, mövcud prezidentin atası İsrailin altıncı prezidenti olarkən, 1992-ci ildə Ankaraya səfər etmişdi və həmin səfər ölkələr arasındakı münasibətləri möhkəmləndirmişdi.

“Türkiyənin İsrailə münasibətdə siyasətini dəyişdirməsi Ankaranın regional yanaşmadakı siyasətini daha böyük miqyasda olduğunu göstərir”, deyən Türkiyə üzrə yəhudi mütəxəssis həmçinin qeyd edib ki, Ankara paralel olaraq Misir, BƏƏ və Səudiyyə Ərəbistanı ilə də münasibətlərini yoluna qoymağa çalışır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB