Azərbaycan dünyanın yüksələn ulduzuna çevriləcək - DEPUTAT ŞƏRH ETDİ
“Ötən gün cənab Prezident İlham Əliyev hakimiyyəti dövründə artıq 18-ci dəfə Gəncəyə səfər etdi. Ölkə başçısı burada çox əhəmiyyətli açılışlarda iştirak etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, eyni zamanda cənab Prezidentin burada səsləndirdiyi hər bir fikrin arxasında Azərbaycanın yenilməz mövqeyi, güclü iradəsi və dəmir yumruğu dayanır: “Ölkə Prezidentinin açıqlamalarında Azərbaycanın strategiyası, bölgədə və dünyada həyata keçirdiyi siyasət, sadiq qaldığı ideoloji təməllər özünü göstərir. Bütün bunlarla yanaşı biz artıq post-müharibə, sülh dövrünü yaşayırıq. Hazırda quruculuq işləri həyata keçiririk. Hətta bu işlər sadəcə ölkə ilə də bağlı deyil, bölgə və dünya səviyyəsindədir. Azərbaycan xalqının deyil, ümumilikdə bölgədə yaşayan xalqların gələcəyinə hesablanmış böyük layihələr həyata keçiririk. Biz hətta 32 il Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanı belə bu layihələrdə nəzərə almışıq. Bütün bunlar sülhün bərqərar olması və bölgənin inkişafı ilə bağlıdır. Lakin burada 3 nöqtə qoyaraq yenə də cənab Prezidentin ifadələrindən istifadə etmək istəyirəm. Ölkə başçısının da bildirdiyi kimi bütün bunlar o demək deyil ki, biz bu işğalın səbəb olduğu məhrumiyyətləri unudacağıq. Biz “unutsaq, unudularıq“ ifadəsini unutmamalıyıq. Eyni zamanda ötən əsrdə məhz erməni siyasəti nəticəsində deportasiya olunan vətəndaşlarımızı da unutmamalıyıq. Daha sonra 90-cı illərdən baş verən 32 illik işğal siyasəti nəticəsində həm Azərbaycan, həm də bölgəyə zərər dəyib. Bu hadisələrin unudulması isə yenidən bölgənin təhdid altda qalması deməkdir. Eyni zamanda hazırki sülh şəraitində yaşaya bildiyimiz üçün şəhidlərimə Allahdan rəhmət diləyir, qazilərimizə isə minnətdarlığımızı bildiririk. Nə qədər ki, Azərbaycanın xilaskar Prezidenti, qəhrəman ordumuz var biz bir o qədər irəliləyəcəyik. Azərbaycan daha da inkişaf edəcək və bugünkündən də daha möhtəşəm bir formada dünyanın yüksələn ulduzuna çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB