Sərəncam erməni vəhşiliyinin dünyada tanıdılmasında müstəsna rol oynayacaq - MÜNASİBƏT BİLDİRİLDİ

Sərəncam erməni vəhşiliyinin dünyada tanıdılmasında müstəsna rol oynayacaq - MÜNASİBƏT BİLDİRİLDİ

"Xocalı soyqırımının otuz illiyi ilə bağlı cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu sərəncamda erməni terror siyasi təşkilatlarının, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və soyqırımları haqqında danışılır: “Xocalı soyqırımına qədər törədilmiş faciələr barədə də sərəncamda yazılır. Xocalı soyqırımının otuz illiyi barədə sərəncam bəşəriyyətə və sivilizasiyaya qarşı Ermənistanın törətdiyi cinayətin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. Bu sərəncam elm adamlarının, qeyri-hökumət təşkilatlarının, səfirliklərin və medianın qarşısına yeni vəzifələr qoyur. Bizim hər birimiz bu sərəncamdan irəli gələn vəzifələrimizi, milli borcumuzu yerinə yetirməyə çalışmalıyıq. Xocalıda törədilən soyqırımın dünyaya tanıdılmasında Heydər Əliyev Fondu, Leyla xanım Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası çox işlər görüb. Dünyanın bir neçə ölkəsində Xocalıda törədilən soyqırımı kimi tanınıb. Bəzi ölkələrin məktəb dərsliklərində Xocalıda törədilən soyqırımı haqqında məlumat verilir. Hesab edirəm ki, bu sərəncam erməni vəhşiliyinin iç üzünün bütün dünyada bir daha tanıdılmasında müstəsna rol oynayacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə