Ermənistanın təxribatçı addımları davam edəcək - POLİTOLOQ AÇIQLADI
“Hələ uzun müddət ermənilərin, Ermənistanın təxribatları davam edəcək, çünki sülh danışıqlarından söhbət getsə də real nəticə hələ də ortada yoxdur. Bölgədə sülhün olmaması həm Ermənistana, həm də Ermənistanı dəstəkləyən qüvvələrə sərf edir ki, regionda varlıqlarını qoruyub saxlasınlar. Ona görə də hesab edirəm ki, Ermənistanın təxribatçı addımları davam edəcək. Bu istər Tovuz istiqamətində olsun, istər Kəlbəcər olsun, istərsə də digərləri, bu tip provokasiyaların davam etməsi gözləniləndir və bu real görsənir.” Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Politoloq hesab edir ki, bu fonda yəni, baş verən provokasiyalar fonunda düşünmək olar ki, deməli, ermənilər hər dediklərini eləmirlər və sülhlə bağlı dedikləri yetərsizdir.
“Elə bir şərait yaratmaq lazımdır ki, Ermənistan sülh məsələsində geriyə addım ata bilməsin. Bunun üçün də bizə lazım olan birinci məsələ, regionla bağlı marağı olan dövlətlərin bu məsələdə daha ciddi şəkildə proseslərə müdaxiləsi məsələsidir. Yəni, Ermənistanı öz yoluna qaytarmaq məsələsini gündəmə gətirmək lazımdır. Hesab edirəm, burada Rusiya özünü əsas vasitəçi hesab edirsə, o zaman Rusiyanı bu prosesdə daha aktiv vəziyyətə gətirmək və tələb etmək lazımdır ki, Ermənistanın bu cür təxribatçı addımlarının qarşısının alınmasına kömək etsin. Bu birinci şərtdir. Yəni, əsas vasitəçinin onlara təzyiq etməsi nəzərdə tutulur.
Eyni zamanda burada əsas marağı olan dövlət Türkiyədir. Türkiyə də düzdür son günlər Ermənistanla danışıqlar aparır, hansısa bir məsələlərin uzlaşdırılması ilə bağlı, amma təkcə bu deyil, həm də Rusiya-Türkiyə münasibətlərinin fonunda Ermənistana qarşı bir təzyiq elementi yaradıb ondan Ermənistanın normal münasibətlərə, danışıqlar masasına qaytarmaq lazımdır.
Təbii ki, Ermənistanın içərisində bəzi qüvvələr vardır ki, onlar ultra millətçilik edənlərdir, onların geri mütləq oturdulmalıdır. İndi təbii, hələ Paşinyan tam olaraq hakimiyyətini möhkəmləndirə bilmədiyi üçün baş verən proseslər də bəzən erməni baş nazirin iradəsindən kənarda baş verir. Hesab edirəm ki, Ermənistanda hakimiyyətin tam möhkəmlənməməsi, ölkədə ultra millətçilərin daha çox olması, eyni zamanda xarici qüvvələrin təsiri, bax bu üç faktor Ermənistanın Azərbaycana qarşı daimi aqressiv mövqedə durmasına şərait yaradır. Eyni zamanda üçtərəfli atəşkəs bəyannaməsinin Ermənistanın mənafeyini çox da əzmədiyi üçün bax bu günlərdə Ermənistan belə addımlar atır. Hesab edirəm ki, Ermənistanı daha da dalana dirəsək, Azərbaycanla sülh danışıqlarına oturar və az da olsa verdiyi sözə əməl edər”, deyə Samir Hümbətov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB