Ölənlərin sayı 32-yə çatıb - NİGERİYADA

Ölənlərin sayı 32-yə çatıb - NİGERİYADA

Nigeriyada ilk dəfə 1969-cu ildə rast gəlinən Lassa qızdırması keçən il 102 nəfərin ölümünə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nigeriyada yenidən ortaya çıxan Lassa qızdırması epidemiyasında ölənlərin sayı 32-yə çatıb.

Son 2 gündə daha 6 nəfərin epidemiya səbəbindən öldüyü bildirilib. Yanvarın 3-dən etibarən epidemiyadan həyatını itirənlərin sayı 32-yə çatarkən, bu müddət ərzində ölkəyə təsir edən epidemiyada paytaxt Abuca ilə yanaşı 11 əyalətdə də 170 hadisənin aşkarlandığı qeyd edilib. Hər il quraqlıq dövrünün yaşandığı noyabr və may aylarında artmağa başlayan Lassa qızdırması epidemiyasında ötən il 674 hadisə aşkarlanıb və 102 nəfər dünyasını dəyişib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə