Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır

Rəsmi İrəvan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir.

SIA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də feysbuk səhifəsində onlayn keçirdiyi mətbuat konfransında bildirib.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu danışıqların nəticəsindən asılıdır. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik”, - deyə Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

Ermənistanın baş naziri əlavə edib ki, İrəvanın demarkasiya və delimitasiya üçün ilkin şərtləri yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə