Putin Paşinyanla müzakirə aparıb RAZILAŞMALARIN İCRASI BARƏDƏ

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmaların həyata keçirilməsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda qeyd olunur ki, telefon danışığı Ermənistanın baş nazirinin təşəbbüsü ilə baş tutub.

“Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib”, deyə Kremlin məlumatında qeyd olunur.

Həmçinin nəzərə çatdırılır ki, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə ediblər.

Xatırladaq ki, 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən saziş imzalayıblar. Ermənistan tərəfi baş nazir Nikol Paşinyanın imzası ilə kapitulyasiya sənədini imzalayıb. Atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti ərazidə yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...