QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Agentliyin 2022-ci il üçün fəaliyyət planı müzakirə edilib və səsə qoyularaq təsdiq olunub.

Sonra Agentliyin İcraçı direktorunun 2021-ci il üzrə hesabatı dinlənilib.

Hesabat Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub. Azərbaycan Respublikasının Prezidentinə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın təqdim edilməsi qərara alınıb.

Daha sonra iclasın gündəliyinə daxil olan kənar auditorunun cəlb olunması haqqında müzakirələr aparılıb və Agentliyin nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılmasının təşkil edilməsi ilə bağlı qurumun aparatına tapşırıqlar verilib.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...